“Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub - FOTO

“Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti”  mövzusunda ədəbiyyat sərgisi təşkil olunub - <span style="color: red;">FOTO
# 27 may 2014 16:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub.

Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sərgidə Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını əks etdirən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətlərini işıqlandıran, Azərbaycan xalqına qarşı soyqırımları, Cümhuriyyət Parlamenti və hökumətin fəaliyyətlərini, dövlət və ordu quruculuğunu, xarici siyasət, eləcə də Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkata həsr olunmuş dəyərli ədəbiyyatlar, ensiklopediyalar, monoqrafiyalar, yeni kitablar, broşurlar və başqa sənədlər nümayiş edilib. Sərgidə Azərbaycan, rus, Şərq və Qərbi Avropa dillərində 300-ə yaxın ədəbiyyat ənənəvi və virtual formada nümayiş olunub. Həmçinin Cümhuriyyət dövrünü əks etdirən kinolent və dövrün rəhbərlərinin və o dönəmi əks etdirən fotoşəkillər təqdim edilib.

Sərgi 15 gün müddətində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR