Ottavada 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Ottavada 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 28 may 2014 22:07 (UTC +04:00)

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, ilk öncə Ottava şəhərinin meriyası qarşısında ənənəvi Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Daha sonra səfirlik tərəfindən “Westin” mehmanxanasında “28 May – Respublika Günü” münasibətilə ziyafət tədbiri təşkil olunub. Ziyafətdə Ottavada fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dilli məktəbinin şagirdləri tərəfindən Azərbaycan və Kanadanın dövlət himnləri səsləndirilib.

Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Həmçinin, ziyafət zamanı Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Barri Devolin (Barry Devolin) çıxış edərək, Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb və ölkəmizin regiondakı vacibliyi barədə söhbət açıb.

Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR