Orta ixtisas təhsili müəssisələrinin (9 illik) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatıb

Orta ixtisas təhsili müəssisələrinin (9 illik) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatıb
# 30 may 2014 14:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlərin qeydiyyatı mayın 29-da başa çatıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeydiyyatdan keçən abituriyentlər üçün seçmə tur test imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyərsə, iyulun 2-dən 5-dək aparılacaq.


Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək.


İlkin statistik məlumata əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq üçün qeydiyyatdan keçən 8318 abituriyent 2430 plan yerinin müsabiqəsində iştirak edəcək.


İstiqamətlər üzrə yüksək müsabiqə vəziyyəti Musiqi sənəti üzrə gözlənilir. Bu istiqamətinin müsabiqəsində iştirak etmək üçün 1223 plan yerinə qarşı 5818 abituriyent müraciət edib.


Bədən tərbiyəsi və idman və Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə müsabiqə vəziyyətinin aşağı olacağı gözlənilir. Belə ki, Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisaslara 535 plan yerinə qarşı 952 abituriyent qeydiyyatdan keçib. Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə isə 17 plan yerinə 15 abituriyent müraciət edib.


Təsviri sənət istiqaməti üzrə 655 plan yerinin müsabiqəsində 1533 abituriyentin iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR