Ötən ay Azərbaycanda 5 543 vergi ödəyicisi qanunvericiliyi pozub

Ötən ay Azərbaycanda 5 543 vergi ödəyicisi qanunvericiliyi pozub
# 04 iyun 2014 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanda 5 543 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5 543 vergi ödəyicisində qanunvericiliyini pozub.

2 482 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 1 166 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 932 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 398 vergi ödəyicisi tərəfindən 576 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 216 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 85 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2493 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunauyğun tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR