Göyçayda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alan var - FOTO

Göyçayda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alan var - <span style="color: red;">FOTO
# 19 iyun 2014 15:47 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 222-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb. Mirzəhüseynli kənd sakini, 1976-cı il təvəllüdlü Hacıyev Cavid Ağa oğlu 90-BO-513 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən magistral yola çıxan eşşək onun hərəkətinə mane olub və sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı beton elektrik dirəyinə çırpıb. Bundan sonra maşın çökək əraziyə aşıb. Zərbənin təsiri nəticəsində maşın iki yerə bölünüb.

Hadisə zamanı sürücü Cavid Hacıyev ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan yaralının vəziyyəti hazırda ağır olaraq qalır. Hadisə zamanı sürücü maşında tək olub.

Elektrik dirəyi aşdığı üçün kəndə enerji verilişi dayanıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR