Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada Rəşid Böyükkişiyevi vurub.
Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.