Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarışı başa çatıb - FOTOSESSİYA - VİDEO

Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarışı başa çatıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 12:23 (UTC +04:00)

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

Əvvəlcə FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov nazir, general-polkovnik Kəmaləddin Heydərova raport verib. Sonra nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi çadır düşərgəsində bütün komandaların üzvləri ilə görüş keçirərək onların geyimi, fiziki və taktiki hazırlığı, qidalanması üçün yaradılmış şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.

Komandalar şərti olaraq yük avtomobilində və yaşayış evində baş verən yanğının söndürülməsi, zəlzələ və torpaq uçqununda köməksiz qalan insanların xilas edilməsi əməliyyatını uğurla başa vurub, qısa vaxt ərzində yanğını dəf etməklə insanları müxtəlif vasitələrin köməyi ilə xilas ediblər. Komandalar "Axtarış-xilasetmə işi" üzrə keçirilən mərhələdə kinoloqların dəstəyi ilə əməliyyatları nümayiş etdiriblər.

Sonra nazirlər Kəmaləddin Heydərov və Mikayıl Cabbarov dəyirmi masa ətrafında müxtəlif ölkələrdən gəlmiş gənc xilasedicilərin suallarını cavablandırıb. Onlar bildiriblər ki, belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etməsinə geniş imkanlar açacaq. Əcnəbi gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsi üçün Azərbaycan FHN-ə təşəkkür ediblər.

Sonra Qəbələ Mədəniyyət Mərkəzində yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Mərasim gənc xilasedicilərin səhnələşdirdikləri və iştirak etdikləri təbii və texnogen mənşəli fövqəladə hallara dair kompozisiya ilə başlayıb. Yarışlar haqqında FHN-in hazırladığı video-çarx da nümayiş etdirilib. Sonra yarışda iştirak edən yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etməsi mərasimə xüsusi rəng qatıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildiriblər ki, bu yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır. Qeyd edilib ki, ölkəmizin müxtəlif bölgələrində keçirilmiş zona yarışlarında yüksək yer tutan komandalar finala vəsiqə qazanıb. Məlumat verilib ki, bu yarışın iştirakçısı olan 16 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Gürcüstandan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıb. Sonda qalib komandalara qiymətli hədiyyələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi olan Siyəzən rayon komandasına və beynəlxalq yarışların iştirakçısı olan Türkiyə, Gürcüstan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan komandalarına mükafatları təqdim edib.

Məlumat verilib ki, beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri isə Azərbaycan komandası tutub. Nazir Kəmaləddin Heydərov gənc xilasedicilərə uğurlar diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR