Azərbaycanda 76 nəfər əlilliyi olan şəxsi Nabran istirahət zonasına yola salınıb

Azərbaycanda 76 nəfər əlilliyi olan şəxsi Nabran istirahət zonasına yola salınıb
# 02 iyul 2014 10:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 76 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkənin Lənkəran və Xaçmaz rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə istirahətə yola salınıb.

Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq bu ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, balıq ovu, müxtəlif gəzinti turları, idman yarışları, viktorinalar və s. təşkil edilməklə yanaşı, onlar tibbi və fizioterapevtik müalicə prosedurlarına da cəlb olunurlar.

Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR