Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Təbrizə səfər edib - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Təbrizə səfər edib - <span style="color: red;">FOTO
# 08 yanvar 2014 08:51 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslan Təbriz şəhərinə səfər edib.

Müşavirin APA-ya verdiyi məlumata görə, yanvarın 4-də baş tutan səfər zamanı müşavir və onu müşayiət edən səfirliyin digər diplomatları Təbrizin Şairlər məqbərəsində dəfn olunmuş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmməd Hüseyn Şəhriyarın məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar.

Müşavir eyni zamanda bildirib ki, bu ilin martın sonu - aprelin əvvəlində Türkiyənin Yalova şəhərində “Türk şairlər odası” adlı muzeyin açılışı gözlənilir. Onun sözlərinə görə, muzeydə türkdilli dövlətlərin görkəmli şairlərinin, sənətkarlarının əsərləri nümayiş olunacaq. Muzeydə görkəmli Azərbaycan şairləri Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmməd Hüseyn Şəhriyarın guşələri yaradılacaq, onların əsərləri ziyarətçilər üçün nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR