“AvtoVAZ” şirkəti 7,5 min nəfəri ixtisara salmağı planlaşdırır

“AvtoVAZ” şirkəti 7,5 min nəfəri ixtisara salmağı planlaşdırır
# 23 yanvar 2014 14:44 (UTC +04:00)

Bakı – APA. Rusiyanın “AvtoVAZ” şirkəti 2014-cü ildə 7,5 min nəfəri ixtisara salmağı planlaşdırır.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rəhbər vəzifələrdə çalışan şəxslərin, mütəxəssislərin və digər əməkdaşların normativ sayı 2,5 min ştat azaldılacaq. Həmçinin əmək məhsuldarlığının artırılması məqsədilə ilin sonunadək 5 min fəhlənin ixtisara düşəcəyi gözlənilir.

Hazırda “AvtoVAZ”da 66,5 min nəfər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR