Azərbaycanda genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi Dövlət Proqramı çərçivəsində qorunacaq

Azərbaycanda genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi Dövlət Proqramı çərçivəsində qorunacaq
# 24 yanvar 2014 14:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun tərəfindən “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” Dövlət Proqramı yaxın vaxtlarda hazır olacaq.

İnstitutun direktor müavini Mehrac Abbasov APA-ya açıqlamasında bildirib ki, bir çox məsələləri özündə əks etdirən dövlət proqramı qəbul olunandan sonra geniş işlər görüləcək. Onun sözlərinə görə, hazırda dövlət proqramı üzərində çox ciddi iş gedir. Yeni proqramda genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsinə dair bütün məsələlər öz əksini tapacaq.

İnstitut tərəfindən həyata keçirilən yeniliklərdən də danışan direktor müavini bildirib ki, bu gün Azərbaycanda olan bütün bitki genetik ehtiyatlar genbankda toplanılır və onlar genetik pasportlaşdırılır: “Hər il çalışırıq ki, daha müasir, Amerika, Avropa səviyyəsində tədqiqat işləri aparaq. Bu istiqamətdə yeni metodikaların gətirilməsi, laboratoriyalarda işlənilməsi istiqamətində işlər görülür. Artıq genetika ilə bağlı ölkədə yeni istiqamətlər meydana gəlib ki, bunlara da molekulyar seleksiya, genomika kimiləri daxildir. Artıq genom səviyyəsində tədqiqat işi aparılacaq və biotexnologiyanın nəticələri seleksiyaya tətbiq ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR