Bakı-Şamaxı yolunda 3 avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakı-Şamaxı yolunda 3 avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
# 30 yanvar 2014 20:04 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə yanvarın 30-da axşam saat 21:00 radələrində yolun 70-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. 10-ET-878 dövlət nömrə nişanlı “VAZ 2105” markalı, 90-SA-030 dövlət nömrə nişanlı “Priora” və 10-LR-600 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı “VAZ 2105” markalı avtomobilin sürücüsü, Göyçay rayon sakini 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Niman oğlu dünyasını dəyişib, anası 1955-ci il təvəllüdlü Məmmədova Brilyant Cəlal qızı və qaynanası 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR