İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO

İmişlidə fərdi yaşayış evi yanıb - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 20:40 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Yalavac Kəndidə Adil Xəlilova məxsus fərdi yaşayış evində qeydə alınıb. Alov evin dam örtüyündən başlayıb və qısa müddət ərzində mənzilin yuxarı hissəsini bürüyüb. Hadisə yerinə İmişli rayonu Yanğından Mühafizə hissəsinin yanğından mühafizə xidmətinin 2 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırlıb. Yanğın zamanı 120 kvadratmetr sahəsi olan evin 90 kvadratmetr sahəsi xilas olunub.

Hadisənin elektrik naqilində baş verən qısa qapanmadan yarandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR