Azərbaycanda sığorta və təkrarsığorta şirkətləri üçün kapitalın minimum məbləğləri müəyyən edilib

Azərbaycanda sığorta və təkrarsığorta şirkətləri üçün kapitalın minimum məbləğləri müəyyən edilib
# 14 fevral 2014 12:02 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, qeyri-həyat sığortası fəaliyyəti üzrə bu məbləğ həm fəaliyyətdə olan, həm də yeni açılan şirkətlər üçün 5 mln. manat səviyyəsində müəyyən edilib.

Həyat sığortası fəaliyyəti üzrə isə minimum tələb 2015-ci ilin yanvarın 1-nə 5 mln. manat, 2015-ci ilin yanvarın 1-dən etibarən 6,5 mln. manat, 2016-cı ilin yanvarın 1-dən 8 mln. manat, 2017-ci ilin yanvarın 1-dən etibarən 10 mln. manat, yeni təsis edilən sığortaçılar üçün 10 mln. manat səviyyəsində müəyyən edilib.

Bundan əlavə, müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə tələb fəaliyyətdə olan və yeni təsis edilən təkrarsığortaçıllar üçün 20 mln. manat, sığortaçının təkrarsığorta fəaliyyəti üzrə 2014-cü ilin martın 1-dən 2,5 mln. manat, 2015-ci ilin yanvarın 1-dən 5 mln. manat səviyyəsində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR