MSK-nın Media və ictimai əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub

MSK-nın Media və ictimai əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub
# 24 fevral 2014 12:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinə yeni rəhbər təyin olunmasını qurumun ümumi şöbəsinin kadrlar bölməsi də təsdiq edib. Şöbədən APA-ya verilən məlumata görə, bu vəzifəyə MSK-nın öz əməkdaşı Şahin Əsədli təyin olunub. Şöbədən bildirilib ki, yaxın günlərdə qərar rəsmən elan ediləcək.

Ş. Əsədli bu vaxta qədər MSK-nın beynəlxalq əlaqələr şöbəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR