İraq xarici işlər naziri İranda səfərdədir

İraq xarici işlər naziri İranda səfərdədir
# 26 fevral 2014 08:40 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İraq xarici işlər naziri İranda səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Xoşyar Zəbari İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə fevralın 25-də axşam saatlarında Tehrana gəlib.

İraq XİN rəhbəri ikigünlük səfər çərçivəsində iranlı həmkarı ilə yanaşı, İran parlamentinin sədri Əli Laricani və bu ölkənin digər rəsmiləri ilə görüşəcək.

Görüşlərdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, H. Zəbarinin 20 gün əvvəl İrana planlaşdırılan səfəri İraqın daxili problemləri səbəbindən təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR