Obama və Merkel Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb

Obama və Merkel Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb
# 08 mart 2014 12:46 (UTC +04:00)


ABŞ və Almaniya rəhbərləri Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırıblar. Prezident Barak Obama və kansler Angela Merkel arasında telefon danışığında ABŞ-la Avropa Birliyinin Ukrayna ilə bağlı siyasətinin koordinasiya edilməsi qərara alınıb. Tərəflər bildiriblər ki, Rusiyanın Ukrayna ilə dialoqu təmin edəcək təmas qrupu formalaşdırması zəruridir. Obama və Merkel hesab edir ki, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, o cümlədən münaqişənin yatırılması baxımından dialoqdan uğurlu yol yoxdur. Dövlət rəhbərləri həmçinin Ukraynada etnik rusların hüquqlarının qorunma səviyyəsini monitorinq etmək üçün beynəlxalq müşahidəçilərin ölkəyə buraxılmasının vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR