Ceyhun Bayramov: “İmtahanda müvəffəqiyyət qazanmayan müəllimlərin diplomlarının əlindən alınması gündəmdə deyil”

Ceyhun Bayramov: “İmtahanda müvəffəqiyyət qazanmayan müəllimlərin diplomlarının əlindən alınması gündəmdə deyil”
# 15 mart 2014 11:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, müəllimlərin imtahan nəticələri ilə bağlı iki məsələ var: “Biri karyera inkişafı, daha yüksək əmək haqqı almaq imkanı, digəri isə heç bir standarta cavab verməyən müəllimlərin iş yerlərini itirməsidir. Ümumiyyətlə, bu məsələ kifayət qədər ciddi məsələdir”.

C. Bayramov qeyd edib ki, nazirlik bununla bağlı hər hansı bir tələskənliyə yol vermək istəmir: “Bu proses düşünülmüş qaydada aparılmalı, bir neçə mərhələ olmalıdır. İlk mərhələdə yüksək nəticə göstərməyən insanlara əlavə imkanlar, yeni şanslar verilməlidir və veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR