İran parlamentinin deputatı: “Urmiya gölünün 90%-i quruyub”

İran parlamentinin deputatı: “Urmiya gölünün 90%-i quruyub”
# 17 mart 2014 07:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Urmiya gölünün 90%-i quruyub”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentində Urmiya şəhərini təmsil edən azərbaycanlı deputat Nadir Qazipur martın 16-da bildirib.

Onun sözlərinə görə, İranın Energetika Nazirliyi ölkənin gölməçə və göllərinin, xüsusilə də Urmiya gölünün nicatı üçün yardımını əsirgəməməli və bu məsələni ciddi nəzarət altına almalıdır: “Çünki Urmiya gölünün 90%-i quruyub və yalnız 10%-i qalıb”.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR