«Azərsu» ölkə üzrə sayğaclaşma səviyyəsini 57%-ə çatdırıb

«Azərsu» ölkə üzrə sayğaclaşma səviyyəsini 57%-ə çatdırıb
# 22 yanvar 2014 15:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində «Azərsu» ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 80 min və ya 7% artıb.

«Azərsu»dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvarın 1-nə ölkə üzrə 1 218 143 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 177 236-sı və ya 97%-ni əhali, 40 907-si və ya 3%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

2013-cü ildə sayğaclaşma səviyyəsi 9 faiz bəndi artaraq 57%-ə çatıb. Bu ilin yanvarın 1-nə su təchizatı xidməti göstərilən abunəçilərin 670 mini sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abunəçiləri üzrə 54,6%, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 85,5% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR