Sumqayıtda mənzildə köməksiz qalmış uşaq xilas edilib

Sumqayıtda mənzildə köməksiz qalmış uşaq xilas edilib
# 25 dekabr 2013 19:46 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin eyvanına xüsusi alət və avadanlıqlardan istifadə edərək binanın damından enərək içəri daxil olub. Mənzildə köməksiz və kimsəsiz vəziyyətdə qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR