Ağdamda xəsarətlə nəticələnən yol qəzası baş verib

Ağdamda xəsarətlə nəticələnən yol qəzası baş verib
# 27 dekabr 2013 10:46 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində Ağdam rayon Xındırıstan kənd sakini Qurbanov Aydın Kamal oğlunun idarə etdiyi 61 BA 621 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil Ağdam rayon Əliağalı kəndindən məcburi köçkün olan Məmmədov Sabir Rafiq oğlunun idarə etdiyi 01 BJ 281 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Nəticədə “Jiquli”də olan sərnişin Ağdam rayon Xındırıstan kənd sakini, 1966-cı il təvəllüdlü, milliyyətcə əfqan olan Seyid Maqsud Haşimi müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR