Biləcəri qəsəbəsində ağır yol qəzası baş verib, 4 nəfər yaralanıb - FOTO - VİDEO

Biləcəri qəsəbəsində ağır yol qəzası baş verib, 4 nəfər yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 19:01 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Biləcəri qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, N saylı hərbi hissə yaxınlığında baş vermiş qəza nəticəsində Hüseyn Azər oğlu Məmmədovun idarə etdiyi VAZ 2107 markalı avtomobil Ceyhun Tanrıverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb VAZ 2107 markalı avtomobilin sürücüsü olub. Belə ki, o, “Mercedes Benz”in yoluna çıxaraq qəza şəraiti yaradıb. Nəticədə 4 nəfər yaralanıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Yol Polisi Xidmətinin Binəqədi rayonu şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR