Azərbaycanda korrupsiyaya qarşı mübarizə BMT-nin konfransında müzakirə olunacaq

Azərbaycanda korrupsiyaya qarşı mübarizə BMT-nin konfransında müzakirə olunacaq
# 25 noyabr 2013 16:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Noyabrın 25-dən 29-dək Panamada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçiriləcək.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, tədbirlərdə azərbaycanlı deputat Bəxtiyar Əliyev də iştirak edəcək.

Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduğu bu iclaslarda BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının tətbiqinin nəzərdən keçirilməsi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri, böyük korrupsiyaların təqib olunması və görülən işlər barədə fikir mübadiləsi aparılacaq. İclaslarda deputat B.Əliyev Azərbaycanda korrupsiya əleyhinə görülən tədbirlər haqqında məlumat verəcək, bu barədə fikirlərini bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR