TQDK sədri Şəkidə vətəndaşları qəbul edib

TQDK sədri Şəkidə vətəndaşları qəbul edib
# 06 dekabr 2013 12:54 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəkidə vətəndaşları qəbul edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Şəki ilə yanaşı Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından 30-dan artıq sakin iştirak edib. Görüşdə əsas müzakirə olunan məsələlər sınaq imtahanlarının keçirilməsi, dərsliklər və testlərin mövzuları ilə bağlı olub. Qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı da məsələlər müzakirə olunub. Görüşdə dəqiq fənlər üzrə yeni test banklarının ilin sonunadək hazır olacağı bildirilib. Qeyd olunub ki, TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR