«Atabank»ın mənfəəti son bir ildə 60% artıb

«Atabank»ın mənfəəti son bir ildə 60% artıb
# 25 iyul 2013 13:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin 2013-cü ilin I yarımilliyində əldə etdiyi gəlirlərin həcmi 20,328 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün analoji göstəricisinə nisbətən 31,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri 25,4% artaraq 16,054 mln. manata çatıb.

«Atabank»ın hesabatına əsasən, yanvar-iyun ayları ərzində Bank 4,274 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 59,4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 16,132 mln. manat, qeyri-faiz gəlirləri 4,196 mln. manat, faiz xərcləri 8,216 mln. manat, qeyri-faiz xərcləri isə 0,771 mln. manat təşkil edib. Son bir ildə bankın faiz mənfəəti 27,2% artaraq 7,916 mln. manata, qeyri-faiz mənfəəti isə 29,5% artaraq 3,425 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR