Monteneqronun Azərbaycandakı fəxri konsulluğunun rəsmi açılış mərasimi keçirilib - FOTOSESSİYA

Monteneqronun Azərbaycandakı fəxri konsulluğunun rəsmi açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2013 20:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Bakıda Monteneqronun Azərbaycandakı fəxri konsulluğunun rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Monteneqronun Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Ramo Braliç, Monteneqronun fəxri konsulu Vüqar Əliyev, Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Məmməd Əliyev, Milli Məclis deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışdan əvvəl keçirilən görüşdə hər iki tərəf fəxri konsulluğun açılışını əlamətdar hadisə adlandırıblar. Qeyd olunub ki, fəxri konsulluğun açılması iki ölkə arasındakı mədəni-iqtisadi əlaqələrin daha da möhkəmləndirəcək.

Daha sonra çıxış edən səfir Ramo Braliç bildirib ki, Monteneqro ilə Azərbaycan arasında istər iqtisadi, istər siyasi və mədəni sahələrdə dostluq əlaqələri mövcuddur: “Azərbaycan Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi, ölkələrimiz arasında strateji əməkdaşlıq üzrə bəyannamə imzalanıb. Azərbaycan Podqoritsada parklardan birinin yenidənqurması və abadlaşdırılmasında yaxından iştirak edib, orada dahi şair Hüseyn Cavidin abidəsi ucaldılıb, bu da Azərbaycanın Monteneqroya böyük hörmətin göstəricisidir. Ötən il Azərbaycan olan 1500 turist Monteneqroya uçaraq və öz gözləri ilə mövcud olan sıx əlaqələrin şahidi olublar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR