Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 yanvar 2014 15:16 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiyada akkreditə olunmuş bir sıra ölkələrin səfirləri, rəsmi şəxslər, Azərbaycan və Rusiya ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları səfirliyin binasında açılmış üstündə 20 Yanvar qurbanlarının adları yazılan xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyublar. Daha sonra 20 yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə çıxışında 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək: “Bu cür hadisələrin heç bir xalqın, heç bir ölkənin tarixində təkrar olunmaması üçün biz əlimizdən gələni etməliyik, bu siyasi baxımdan səhv olan addım gələcək nəsillər üçün ibrət dərsi olmalıdır. 20 yanvar faciəsi sovet hakimiyyəti rəhbərliyinin cinayətkar mahiyyətini nümayiş etdirib. Rəhbərlik öz vətəndaşlarının vəhşicəsinə öldürülməsi əmrini verməklə SSRİ rəhbərliyi cinayətkar mahiyyətini ortaya qoymuş olub”.

Səfir ölkə rəhbərliyinin hər il dövlət səviyyəsində qeyd olunan bu matəm gününə böyük əhəmiyyət verdiyini söyləyib: “24 il əvvəl Bakıda baş verən hadisələr insanların şüurunda çevriliş etdi. Çünki hələ 1980-ci illərin sonlarında heç kim SSRİ kimi böyük nüvə imperiyasının dağılacağını ağlına gətirmirdi və bu, tarixin dönüş nöqtəsi oldu. Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejimi hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, siyasi bəyanatla çıxış etdi, yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pislədi”.

Daha sonra 20 yanvar hadisələri ilə bağlı 20 dəqiqəlik sənədli film nümayiş olunub. Filmin nümayişi bitdikdən sonra 20 yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR