İranda baş verən yol qəzasında 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb

İranda baş verən yol qəzasında 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb
# 27 iyun 2014 08:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol qəzası baş verib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 26-da Qum şəhərində olub.

Yük maşını ilə 5 minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qum şəhərinin Şəhid Beheşti xəstəxanasına qaldırılıblar. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR