“Kapital Bank” yeni kredit aksiyası keçirir

“Kapital Bank” yeni kredit aksiyası keçirir
# 01 iyul 2014 10:45 (UTC +04:00)

Bakı - APA-Economics. “Kapital Bank” nağd pul kreditləri üzrə yay kampaniyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu gündən 31 iyul tarixinə qədər nağd pul krediti almaq üçün banka müraciət edən hər bir müştəri 36 ayadək müddətə, maksimim 10 min manata qədər kredit ala bilər.

Kredit 14 faizdən başlanan faizlərlə verilir. Üstəlik, kampaniya dövründə kredit alan müştərilər aylıq borclarını kredit veriləndən 3 ay sonra ödəməyə başlaya bilər.

Bank nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir.

Ödənişləri bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə “online” rejimdə və “MilliÖN” şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür. Müştərilər krediti bankın filiallarında həftə içi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilər.

Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR