“Muğanbank” istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçirib

“Muğanbank” istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçirib
# 17 iyun 2014 08:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Muğanbank”ın baş ofisində iyun ayının 15-də adsız istiqrazlar üzrə lotereyanın 37-ci tirajının nəticələri müəyyənləşib.

İstiqraz sahibləri tərəfindən tirajın gedişatının rahat izlənilməsi üçün və prosesin şəffaflığını təmin etmək məqsədi ilə tədbir bankın rəsmi saytında canlı yayımlanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 manat, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edib. Maksimum uduş məbləği 50 000 manat olub.

Növbəti 38-ci tiraj 2014-cü il iyul ayının 30-da bankın Ə. Rəcəbli 21B ünvanında yerləşən baş ofisində keçiriləcək.

Bankın istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçib. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.

Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. Belə ki, hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir.

Bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR