Azərbaycan ərazisində sabah sulu qar və qar yağacaq - YENİLƏNİB

Azərbaycan ərazisində sabah sulu qar və qar yağacaq - <span style="color: red;">YENİLƏNİB
# 16 dekabr 2013 09:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı və Abşeron yarımadasında dekabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağıntılı olacağı, sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək. Havanın temperaturun gecə 0-2 şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 17-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 17-də Abşeron yarımadasında soyuq diskomfort şəraitin gözlənilməsinə baxmayaraq, havanın oksigenlə zəngin olması müsbət amildir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR