Xarkovda toqquşmalarda iştirak edən millətçilər saxlanılıb

Xarkovda toqquşmalarda iştirak edən millətçilər saxlanılıb
# 15 mart 2014 07:56 (UTC +04:00)

Bakı - APA. Xarkovda martın 15-ə keçən gecə “Prosvit” mədəniyyət mərkəzinin binasında barrikada quran “Sağ sektor”un fəalları saxlanılıb.

APA-nın “İTAR TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə Xarkov vilayəti Daxili İşlər orqanlarının rəhbəri Anatoli Dmitriyev bildirib.

Onun sözlərinə görə, təxminən 30 nəfər saxlanılıb. Onların üzərində sənəd olmayıb. A. Dmitriyev bildirib ki, saxlanılanların istifadə etdiyi silahlardan barmaq izləri götürüləcək.

Qeyd edək ki, martın 15-ə keçən gecə Ukraynanın Xarkov şəhərində baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Şahidlərin dediklərinə görə, şəhərin Rımarski küçəsinə bir neçə avtomobil gəlib və bundan sonra atışma başlayıb. Atışma baş verən küçəyə milis, təcili yardım, yanğınsöndürənlər və Xarkovun meri Qennadi Kernes gəlib.

“İTAR-TASS” agentliyinin məlumatına görə, toqquşmalar Xarkov sakinləri və “Pravıy sektor” təşkilatının üzvləri arasında olub. Bu barədə Xarkovun meri Q.Kernes bildirib. Binada 40-50 silahlının olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR