Heyvanlar arasında aparılan vaksinasiyalar davam etdirilir

Heyvanlar arasında aparılan vaksinasiyalar davam etdirilir
# 05 iyun 2014 09:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Ölkə ərazisində epizodik tədbirlər planına uyğun olaraq heyvanlar arasında aparılan vaksinasiyalar davam etdirilir”.

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli deyib.

O bildirib ki, artıq qarayara xəstəliyinə qarşı təkdırnaqlı heyvanlar arasında bütün tədbirlər aparılıb: “Brusellyoza görə qanalma prosesi davam edir. Müəyyən rayonlar var ki, orada heyvanlar hələ yaylağa çıxmayıblar. Ona görə də bu proses yekunlaşmayıb. Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı vaksinasiyalar bitib. Sahibli itlər arasında quduzluğa qarşı peyvəndləmə davam edir”.

Y. Xanvəli qeyd edib ki, hələ ki, narahatedici hal müşahidə olunmayıb: ”Lakin hər hansı problem olarsa, xəstə olan heyvanlar təsərrüfatdan çıxarılaraq zərərsizləşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR