Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək
# 05 mart 2014 08:40 (UTC +04:00)

Bakı – APA-Economics. Martın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görüş Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbulda Lənkəran şəhəri ilə yanaşı, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının da sakinləri iştirak edə bilərlər.


Qəbul saat 10:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR