Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin Naxçıvana hücum etməsi barədə yayılan məlumatlar əsassızdır

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin Naxçıvana hücum etməsi barədə yayılan məlumatlar əsassızdır
# 07 iyun 2014 14:57 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tip məlumatlar əsassız və yalandır: “Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”.

Qeyd edilib ki, Ermənistan təxribat xarakterli məlumatların yayılmasında və Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaratmaqda maraqlıdır.

Xatırladaq ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən Ermənistan Silahlı Qüvvələrinin guya Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR