Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” - FOTO

Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” - <span style="color: red;">FOTO
# 12 noyabr 2013 10:06 (UTC +04:00)

Qırğızıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə qeyd olunur ki, hər iki ölkədə diplomatik münasibətlərin qurulmasına böyük önəm verilir və bu, Qırğızıstan-Azərbaycan münasibətlərdə vacib və önəmli tarixi-siyasi hadisədir.

O xatırladıb ki, Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarın 19-da qurulub, 2007-ci il dekabrın 28-də Azərbaycan Bişkekdə, 2012-ci ilin avqustun 10-da isə Qırğızıstan Bakıda diplomatik nümayəndəlik açıb. Diplomatik əlaqələrin qurulmasından sonra ikitərəfli əməkdaşlıq ənənəvi olaraq qarşılıqlı tərəfdaşlıq, dostluq şəraitində inkişaf edib.

Daha sonra qırğızıstanlı diplomat iki ölkə arasında baş tutan yüksək səviyyəli səfərlərdən danışır. Onun sözlərinə görə, bu səfərlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün əhəmiyyət daşıyır. A.Buranov xatırladıb ki, 2013-cü il oktyabrın 21-də Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəmizin başçısı İlham Əliyevi Qırğızıstana rəsmi səfər etməyə dəvət edib və bu səfər 2014-cü ildə baş tutmalıdır: “Səfər baş tutsa, bu, ikitərəfli əlaqələrin tarixində ən vacib dönüş nöqtələrindən biri olacaq və iqtisadi, siyasi, elmi-texniki, gömrük sahələrində mövcud olan münasibətlərə yeni impuls verəcək. Qeyd etmək lazımdır ki, yüksək səviyyədə həyata keçirilən təmasların müntəzəmliyi, ölkə başçıları arasında səmimi və konstruktiv münasibətlər siyasi əməkdaşlığın yüksək səviyyədə olmasının indikatorudur. Eyni zamanda hökumətlərarası komissiya da uğurla fəaliyyət göstərir”.

Ticarət əlaqələrinə toxunan müvəqqəti işlər vəkili bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 8,6 milyon dollar təşkil edib və müsbət saldo Qırğızıstanın tərəfində olub: “2014-cü ildə Bakıda İqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 2-ci iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda Bişkekdə Heydər Əliyevin adını daşıyacaq parkın salınması, Qırğızıstanda neft emalı zavodun tikintisi, İstanbul-Bakı-Bişkek aviareysin açılması, Qırğızıstan-Azərbaycan sərmayə fondun təsis edilməsi kimi məsələlər nəzərdən keçirilir”.

A.Buranov məqalədə qeyd edir ki, müstəqillik dövründə yaradılan hüquqi baza özündə 52 saziş və müqaviləni əhatə edir: “Müstəqilliyimizin 22 ili ərzində biz çətin yol qət etmişik. Bu gün biz əminliklə deyə bilərik ki, siyasi, iqtisadi və ictimai sahələrdə yaxşı nəticələr əldə etmişik. İldən-ilə ikitərəfli əlaqələrimiz möhkəmlənir. BMT, MDB, İƏT, TürkPA və digər beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığımız səmərəli olaraq inkişaf edir. Azərbaycanla əməkdaşlığın dərinləşməsi Qırğızıstanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycan güclü və özünü təmin edə bilən ölkə olmaqla öz gücünə söykənərək irəliyə inamla addım atır və öz gələcəyini qurur”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan qırğızıstanlı diplomat bildirib ki, münaqişənin tez bir zamanda həll olunması Azərbaycanın gələcək inkişafı və tərəqqisi üçün əsas amil olmalıdır: “Qırğızıstanın bu məsələdəki mövqeyi birmənalı və dəyişməzdir. Ölkəmiz münaqişənin sülh və siyasi yolla həll edilməsinin tərəfdarıdır. Əsas olan şərt odur ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Məqalənin sonunda A.Buranov iki ölkə arasında qardaş və dost əlaqələrin, sıx əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR