AFFA “Dördlər finalı”nın Bakıda keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib

AFFA “Dördlər finalı”nın Bakıda keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib
# 25 noyabr 2013 14:54 (UTC +04:00)

Bakı – APA. AFFA futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın Azərbaycanda keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, Naxçıvanın “Araz” klubunun elit-raundda 3 qələbə qazanaraq həlledici mərhələyə çıxmasından sonra assosiasiya Bakının namizədliyini irəli sürüb. İndiyədək “Dördlər finalı”na heç vaxt ev sahibliyi etməyən ölkəmizin müraciəti müsbət cavablandırılsa, ilk dəfə UEFA kubokunun sahibi Bakıda müəyyənləşəcək.


AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytına bildirib ki, qarşılaşmaların keçirilməsi üçün UEFA-ya “Sərhədçi” Olimpiya mərkəzinin adı təklif olunub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri aparıldığından, Bakı İdman Sarayının tamaşaçı tutumu az olduğundan seçim bu idman arenasının üzərində dayandırılıb.

Qeyd edək ki, gələn ilin aprelində baş tutacaq “Dördlər finalı”nda 2-ci dəfə həlledici mərhələyə yüksələn təmsilçimizlə yanaşı, “Barselona” (İspaniya), “Dinamo” (Rusiya) və “Kayrat” (Qazaxıstan) çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR