Ombudsman azyaşlı məhkumlarla görüşüb

Ombudsman azyaşlı məhkumlarla görüşüb
# 30 dekabr 2013 16:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə müvəkkilin fəaliyyətində məhkumların hüquqlarının müdafiəsinin daim diqqətdə saxlandığı, məhkumların, o cümlədən yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmək məqsədilə penitensiar müəssisələrə baxışlar keçirildiyi, saxlanıa şəraitinin, onlara qarşı rəftarın araşdırıldığı nəzərə çatdırılıb.

E.Süleymanova qısa müddət ərzində 10 Amnistiya Aktının qəbul edildiyini, 55 əfv sərəncamının imzalandığını, nəticədə yüz minlərlə insanın ailəsinə, cəmiyyətə qovuşduğunu söyləyib: “Fəaliyyət göstərdiyim dövrdə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 409 məhkum, o cümlədən azyaşlı məhkumlar da əfv edilərək azadlığa buraxılıb”.

Məhkumlar müəssisədəki şəraitdən, onlara qarşı rəftardan, qida rejimindən və tibb xidmətindən razılıq ediblər. Müvəkkil ona müraciət edən beş azyaşlı məhkumu qəbul edib, problemlərini öyrənib.

E.Süleymanova Penitensiar Xidmətin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində körpəsi yanında saxlanılan məhkum qadınlarla da görüşüb, anaların və uşaqların vəziyyətini öyrənib, onların sağlıq durumu ilə maraqlanıb, əvvəlki tövsiyələrinin həyata keçirilməsi nəticəsində saxlanma şəraitinin yaxşılaşdığını müşahidə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR