İraqda törədilmiş terror aktı nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb

İraqda törədilmiş terror aktı nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb
# 24 noyabr 2013 03:59 (UTC +04:00)

Bakı-APA. İraqın Tuz-Hurmato şəhərində törədilmiş terror aktı nəticəsində azı 9 nəfər ölüb, 54 nəfər isə yaralanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Bağdaddan 170 km aralıda, əhalisinin kürdlər təşkil etdiyi rayonda baş verib.

Terrorçu-kamikadze məscidə daxil olaraq üzərindəki bombanı işə salıb. İkinci partlayış isə məscidin girişi qarşısında dayanmış avtomobildə baş verib.

BMT-nin hesablamalarına görə, 2013-cü ilin aprelindən bu vaxtadək İraqda 2500-dən çox insan partlayışların və hücumların qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR