Dövlət Komitəsində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

Dövlət Komitəsində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2013 09:06 (UTC +04:00)

Bakı. Almaz Qasımova - APA. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar olaraq "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub" mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələri, Milli Məclisin üzvləri, ərazisi işğal olunmuş rayon icra hakimiyyətlərinin başçıları, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyi və Komitənin məsul əməkdaşları iştirak ediblər. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maketə baxış keçirilib.

Həmçinin "Qaçqın və məcburi köçkünlərə prezident qayğısı” adlı, iki dildə nəşr olunan kitabın təqdimatı olub. Tədbirdə baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. Əli Həsənov, son illərdə qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən göstərilən qayğıdan danışıb. Bildirib ki, məhz bu qayğının nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti gündən-günə yaxşılaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR