Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Vyanada keçiriləcək “Avrasiya iqtisadi potensial və mövcud problemlər” Forumunda iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Vyanada keçiriləcək “Avrasiya iqtisadi potensial və mövcud problemlər” Forumunda iştirak edəcək
# 21 oktyabr 2013 06:28 (UTC +04:00)

Bakı – APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Vyana səfəri çərçivəsində Bolqarıstanın sabiq prezidenti Petar Stoyanovun rəhbərlik etdiyi Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi ilə bir sıra əməkdaşlıq müqavilələr imzalayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, bunun əsasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dekabrın 4-də Vyanada təşkil olunacaq "Avrasiya iqtisadi potensial və mövcud problemlər" Forumuna qoşulacaq.

O cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin "İnkişaf namininə Təhsil" layihəsi təqdim olunacaq.

Bu layihəyə Şərqi Avropa və Cənubi Qafqaz regionundan olan gənclər, gənc müəllimlər və elmi araşdırmaçıların cəlb edilməsi nəzərdə tutulur.

Vyana Forumu çərçivəsində gələn ilin aprelində Bakıda keçiriləcək II “Shared Societies” Forumuna hazırlıq məqsədilə Mərkəzin Qəyyumlar Şurasının üzvləri ilə bir sıra beynəlxalq tərəfdaşlar arasında toplantılar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR