Bank VTB (Azərbaycan) avtokreditlər üzrə illik faiz dərəcələrini azaldıb

Bank VTB (Azərbaycan) avtokreditlər üzrə illik faiz dərəcələrini azaldıb
# 22 aprel 2014 10:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bank VTB (Azərbaycan) “Bank komissiyasına YOX deyək!” aksiyası çərçivəsində avtokreditlər üzrə illik faiz dərəcələrini azaldıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni aksiyanın şərtlərinə əsasən, minimal sayda sənəd təqdim etməklə, habelə komissiya tutulmadan və bankın standart şərtlərindən fərqlənən faiz dərəcələri ilə avtomobil əldə etmək mümkündür. Beləliklə, avtomobil əldə etmək arzusunda olan hər kəs şəxsiyyəti və sürücülük hüququnu təsdiq edən sənədlər əsasında 15 dəqiqə ərzində illik faiz dərəcəsi 15%-dan başlayaraq avtokredit əldə edə bilər.

Aksiya 31 iyul 2014-cü ilədək davam edəcək. Avtokrediti bankın istənilən filialında rəsmiləşdirmək mümkündür. Bu zaman ilkin ödəniş 40%-dən başlayır.

Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznes idarəsinin rəisi Tural Vəliyev bildirib ki, “Bank komissiyasına YOX deyək!” aksiyası “AvtoEkspress” krediti üzrə, avtomobil əldə etmək arzusunda olan hər kəs üçün nəzərdə tutulub: “Hazırda biz əsas avtokreditorlardan biriyik və ölkənin əsas avtosalonları ilə işləyirik. Gələcəkdə biz müvafiq aksiyaları pərakəndə biznesin digər məhsullar üzrə də keçirmək niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR