Fransua Olland: “İran prezidenti Suriya məsələsi ilə bağlı görüşməyi təklif edib”

Fransua Olland: “İran prezidenti Suriya məsələsi ilə bağlı görüşməyi təklif edib”
# 20 sentyabr 2013 08:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Fransa prezidentləri arasında görüş keçiriləcək. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Həsən Ruhani onunla Suriya məsələsi ilə bağlı görüşmək və danışıqlar aparmaq təklifində olduğunu çatdırıb. F.Olland da bu istəyi qəbul etdiyini və iranlı həmkarı ilə gələn həftə Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR