“Azərbaycanın Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi” çərçivəsində tədbir keçirilib - FOTO

“Azərbaycanın Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi” çərçivəsində tədbir keçirilib - <span style="color: red;">FOTO
# 30 sentyabr 2013 09:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasında (ARDDA) “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi” çərçivəsində tədbir keçirilib. Bu barədə APA-ya ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə layihə İşçi Qrupu tərəfindən hazırlanmış normativ-hüquqi aktların layihələrinin müzakirə olunub, layihənin həyata keçirilməsi üzrə hesabatların dinlənilib. Tədbirdə layihənin Azərbaycanda həyata keçirilməsini təmin edən Avropa İttifaqı üzv dövləti İspaniya tərəfindən layihə rəhbəri İspaniya Dəniz Administrasiyasının aparat rəhbəri Benito Nunez Quintanilla, rezident tvinninq müşaviri Fernando Juan Collado Simon, Azərbaycan tərəfindən ARDDA-nın rəisi Qüdrət Qurbanov, layihənin Azərbaycan tərəfindən rəhbəri Dövlət Dəniz Administrasiyasının aparat rəhbəri Əhməd İsmayılov, Nazirlər Kabinetinin və Ədliyyə Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları və digər vəzifəli şəxslər iştirak ediblər.

İclasda dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə Azərbaycan qanunvericiliyinin “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” və müvafiq Avropa İttifaqı direktivlərinə uyğun təkmilləşdirilməsi, dəniz mühitinin mühafizəsi üzrə qanunvericiliyin “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” və müvafiq Avropa İttifaqı direktivlərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində ümumi müzakirələr aparılıb.

Tədbir zamanı həmçinin “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi”nin fəaliyyəti dövründə mövcud olan və yaranması ehtimal olunan problemlər və onların aradan qaldırılması məqsədilə görülməli olan konkret tədbirlər barədə fikir mübadiləsi aparılıb. Tvinninq layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi”nə dəyişikliklər edilməsini nəzərdə tutan layihə üzrə geniş müzakirələr aparılaraq layihənin təkmilləşdirilməsi üzrə təkliflər dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR