Bakıda “Şahdəniz-2” layihəsinin yekun investisiya sazişinin imzalanması mərasimi keçirilir - YENİLƏNİB

Bakıda “Şahdəniz-2” layihəsinin yekun investisiya sazişinin imzalanması mərasimi keçirilir - <span style="color: red;">YENİLƏNİB
# 17 dekabr 2013 07:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, mərasim Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə başlayıb. O, bu günü Azərbaycan tarixində tarixi bir gün adlandırıb. Dövlət başçısı “Şahdəniz” layihəsinin dünyanın ən iri enerji layihələrindən biri olduğunu vurğulayıb.

Xatırladaq ki, Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qərarını iyunun 28-də rəsmən açıqlayıb. “Şahdəniz” konsorsiumu son iki il ərzində Avropaya təbii qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.

Mərasimdə Albaniya, Bolqarıstan, Gürcüstan və Xorvatiyanın baş nazirləri də çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Azərbaycan enerji ehtiyatlarının hasilatı və nəqlində çox önəmli ölkəyə çevrilib. O qeyd edib ki, bugünkü addım enerji sahəsində çoxtərəfli əməkdaşlığın yalnız başlanğıcıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR