“Dövlət qulluğunda etika” mövzusunda təlim keçirilib

“Dövlət qulluğunda etika” mövzusunda təlim keçirilib
# 17 dekabr 2013 07:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Dekabrın 16-17-də Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə “Dövlət qulluğunda etika” mövzusunda seminar keçirib.

DQMK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd bu sahədə olan Azərbaycan və beynəlxalq təcrübənin müqayisəsi, etik məsələlərin aktual problemləri ətrafında müzakirələrin aparılması və dövlət qulluqçuları üçün etik kitabçanın və müvafiq təlim modulunun hazırlanması üzrə müzakirələrin aparılması olub. Seminar Almaniyanın Dövlət Qulluqçuları Federasiyasının Təlim və Araşdırmalar Akademiyasının (DBB Akademie) qeyd edilən sahə üzrə təcrübəyə malik təlimçisi Hans Riger və Polşa Təlim Mərkəzinin eksperti Paula Borovska tərəfindən aparılıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.1-ci bəndində dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi nəzərdə tutulub. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna görə də dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı davamlı olaraq maarifləndirmə həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR