Bakıda poçtdan içərisi pulla dolu seyf oğurlanıb - VİDEO

Bakıda poçtdan içərisi pulla dolu seyf oğurlanıb - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 08:11 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Hövsan qəsəbəsində qeydə alınıb. Hövsan qəsəbəsində “Azərpoçt”a məxsus poçt filialına dəmir barmaqlıqları qırmaqla daxil olan naməlum şəxslər oradan içərisi pulla dolu seyfi oğurlayıblar.

Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. İsti izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər – Məhəmməd Əsgərov, Nicat Atababayev, Ziya Badantinov və Sübhan Rüstəmov tutulublar.

Saxlanılan şəxslər hadisədən dərhal sonra seyfi dağıdaraq pulları götürmək istəsələr də buna nail ola bilməyiblər. Oğurlanan seyf “Azərpoçt”a təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR