Həmsədrlər Dağlıq Qarabağ ərazisində Suriya ermənilərinin yerləşdirilməsi məsələsini araşdıracaq

Həmsədrlər Dağlıq Qarabağ ərazisində Suriya ermənilərinin yerləşdirilməsi məsələsini araşdıracaq
# 08 may 2014 10:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, may ayının ortalarında həmsədrlər Ermənistana, işğal altındakı Dağlıq Qarabağa və Azərbaycana səfər edəcəklər: “Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Bilirsiniz ki, Suriyadakı xoşagəlməz hadisələrə görə oradakı bəzi ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşıblar. Mən ATƏT sədrinə bununla bağlı rəsmi məktub ünvanladım və xahiş etdim ki, faktaraşdırıcı missiya bu məsələni araşdırmaq üçün Qarabağa səfər etsin".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR