Azərbaycanlı sahibkarlar Yaponiyada keçiriləcək “FOODEX Japan” sərgisinə dəvət edilib

 Azərbaycanlı sahibkarlar Yaponiyada keçiriləcək “FOODEX Japan” sərgisinə dəvət edilib
# 06 sentyabr 2013 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xaçmaz Regional İnkişaf Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Yaponiyanın Xarici Ticarətin İnkişafi Təşkilatının (JETRO) Moskva nümayəndəliyi tərəfindən “FOODEX Japan” sərgisi ilə bağlı təqdimat keçirilib.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 40-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən Azpromo-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın son illər ərzində əldə etdiyi iqtisadi uğurlar, qeyri-neft sektorunda müşahidə edilən yüksək artım templəri barədə məlumat verib, yerli məhsulların tanıdılması baxımından ölkədə və xaricdə təşkil edilən sərgi və konfransların əhəmiyyətini vurğulayıb.

V.Quliyev sahibkarların xarici əlaqələrinin genişləndirilməsi istiqamətində Azpromo tərəfindən görülən işlər, eləcə də bu sahədə Yaponiyanın “JETRO” təşkilatı ilə əməkdaşıq barədə də danışıb, yerli şirkətlərin beynəlxalq sərgilərdə iştirakına bundan sonra da dəstək veriləcəyini bildirib.

“JETRO”nun Moskva nümayəndəliyinin Layihələrin inkişafı üzrə direktoru Norimasa Şimada tədbir iştirakçılarına 2014-cü ilin mart ayında Yaponiyada keçiriləcək “FOODEX Japan” sərgisi haqqında ətraflı məlumat verib, sərgidə iştirak etmək istəyən şirkətlərə qoyulan tələbləri, qeydiyyat qaydalarını və iştirakçılar üçün zəruri prosedurları diqqətə çatdırıb.

“JETRO”nun nümayəndəsi Pavel Petuxov isə “FOODEX Japan” sərgisi haqqında təqdimatla çıxış edib və sahibkarları maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR